Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti) fəaliyyətini genişləndirməsi və şaxələndirməsi, maddi-texniki bazasını yeniləməsi, yeni ixtisasların açılması ilə əlaqədar olaraq gənc, perspektivli, elmi dərəcəsi olan, xarici dilləri bilən peşəkar mütəxəssisləri və pedaqoqları əməkdaşlığa dəvət edir.
Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, özünü təhsil sahəsində sınamaq istəyən, idarəçilik potensialı olan şəxslər də müraciət edə bilər.
Universitet aşağıdakı sektorlar üzrə kadrları işə dəvət edir
(pedaqoq və administrativ heyət üçün):
* Elm və doktorantura şöbəsi
* Distant və əlavə təhsil mərkəzi
* Dizayn məktəbi
* Filologiya və tərcümə məktəbi
* Siyasi və ictimai elmlər məktəbi
* İctimai elmlər kafedrası
* Maliyyə və menecment kafedrası
* İşçi dillər mərkəzi
* Nəşriyyat və poliqrafiya mərkəzi
* Mətbəə Mərkəzi
* Tərcümə mərkəzi
* İmtahan və keyfiyyətə nəzarət Mərkəzi
* Karyera və məzunlarla iş mərkəzi
* Tələbələrin asudə vaxt fəaliyyətinin təşkili mərkəzi
* Layihələr üzrə menecer
* Texnopark
* Laboratoriya əməkdaşları
Namizədlərə qarşı irəli sürülən tələblər:
– Müvafiq sahə üzrə iş təcrübəsi
– Dərslərin təşkili zamanı innovativ və müasir üsullardan istifadə bacarığı
– Elmi-tədris işləri ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanması
– Komandada işləmək bacarığı
– Müvafiq sahə üzrə elmi dərəcə, həmçinin ingilis və rus dili biliyinin olması arzu olunandır
Yuxarıda qeyd edilən kriteriyalara cavab verən şəxslər sənədlərini bu mail ünvanına göndərə bilərlər: hr@wu.edu.az
Əlaqə nömrəsi: 012 492 61 63