
Azərbaycanda peşəkar yaradıcılıq meyarlarının müəyyən edilməsi sərbəst buraxılır.Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Mədəniyyət haqqında” qanuna prezidentin təqdimatı ilə dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişiklik təklifinə əsasən qanunun 24-cü (yaradıcı şəxslər) maddəsində 4-cü bənd – “peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” bəndi ləğv edilir.
Layihə plenar iclasa tövsiyə olunub.
Gununsesi.info