“Peşəkarlara televiziyanın qapısı bağlıdır, kimin əlində Hacısı, xəkəndazı varsa, efirə onlar çıxır”

  • By admin
  • 27 Fevral 2021 15:53
“Bu gün normal televiziyonçuların heç biri televiziyada qalmayıb, çünki onların orda yeri yoxdur, mane olurlar”

Gununsesi.info bildir ki, bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. K.Həsənli sənətdə olduğu bu illər ərzində heç vaxt bahalı hədiyyə almadığını bildirib:

“Efirlərdə olduğumu bu illər ərzində heç vaxt bahalı hədiyyə almamışam. Gördüyüm işə görə ancaq qonararımı almışam. O əndamı olan müğənnilərin özündən soruşmaq lazımdır ki, görən onlara bahalı hədiyyələri oxumaqlarına görə, yoxsa əndamlarına görə veriblər. Efirlərimizin özü elə pis vəziyyətdədir. Televiziyalarımız həmin o əndamlı, Hacısı olan adamları efirə çıxarır. Televiziyalarımız qeyri-peşəkarların əlindədir və onlar da kimlərinsə hesabına gəlib orda işə düzəliblər. Bu gün normal televiziyonçuların heç biri televiziyada qalmayıb, çünki onların orda yeri yoxdur, mane olurlar. Efirə gələn kimi sponsor istəyirlər. Bu gün isə bizim yox həmin o əndamı və Hacısı olanların sponsoru var. Fikirləşirdik ki, 44 günlük Vətən müharibəmizdən sonra televiziyalarımızda dəyişikliklər baş verəcək, amma məlum oldu ki, yox, elə yenə “köhnə hamam, köhnə tas”dı.

HTML tutorial

K.Həsənli bir zamanlar işlədiyi “Space” kanalındakı rəhbər dəyişikliyindən də danışıb:

“Space” kanalında rəhbər dəyişikliyi olmayıb. Kamil müəllim bizim yaxınımızdı, onunla biz bir yerdə oxumuşuq. O, 16 il idi televiziyada işləyirdi. Əllbəttə, Kamil müəllimlə Vaqif Mustafazadənin düşüncəsi eyni deyil, amma yenə bu həmin komandadır. Bu isə yenilik demək deyil”.

K.Həsənli təklif olarsa, yenidən efirlərə qayıtmağa hazır olduğunu bildirib:

“Əgər dəvət etsələr, efirə qayıtmaq fikrim var. Normal tok-şou düzəltsələr işləmək olar. Amma indi televiziyada işləsəm, siyasi və yaxud da tok-şou apara bilərəm. Canlı efirdə bunu edə bilərik. Amma çox təəssüflər olsun ki, biz peşəkarlar üçün televiziyanın qapısı bağlıdır. Kimin əlində bir Hacısı və ya xəkəndazı varsa, efirə çıxa bilər. Bu gün özünüz də görürsünüz ki, efirlərimizə kimlər çıxır”.

Gununsesi.info