Peskov Azərbaycanın Türkiyə və NATO ilə münasibətləri barədə suallara cavab verib İyul 30, 2021

  • By admin
  • 30 İyul 2021 11:36

Peskov: “Azərbaycan suveren dövlətdir və biz Azərbaycanla münasibətlərimizə dəyər veririk”

Kremldə ümid edirlər ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı regiondakı stabilliyə ziyan vurmayacaq.

RIA Novosti xəbər agentliyi yazır ki, bunu iyulun 29-da jurnalistlərin suallarına cavab verərkən Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiyanın bir sıra xəbər agentlikləri və mediaları Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Bakı ilə Ankara arasında ortaq türk ordusunun yaradılması haqda guya fikir söyləməsinə dair xəbərləri yaymaqda davam edirlər.

Trend-in məlumatına görə, iyulun 28-də Bakıda keçirilən mətbuat konfransında Şentop “Türkiyə ilə Azərbaycan ortaq bir türk ordusu yarada bilərmi?” sualını cavablandırarkən “ortaq ordu” ifadəsini səsləndirməmişdi:

“Türkiyə və Azərbaycan arasında bir çox anlaşmalar edirik. Bunlar arasında hərbi müdafiə sənayesi sahəsində edilən razılaşmalar da var. Anlaşmalar çərçivəsində iki ölkənin ortaq təlim çalışmaları da daxil olmaqla, bir çox başqa işlər də var. Lakin bizim əsas devizimiz mərhum Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət şüarıdır. Bu istiqamətdə bir çox işlər aparılır”.

Buna baxmayaraq bu barədə sual təkrarən iyulun 29-da prezident Vladimir Putinin sözçüsünə də ünvanlanıb.

Peskov bu sualın cavabında deyib:

“Aydındır ki, Azərbaycan və Türkiyə ikitərəfli əlaqələrini inkişaf etdirirlər. Yenə də deyirəm ki, bu suveren bir məsələdir. Mühüm olanı budur ki, bu, regiondakı stabillik və müəyyənliyə zidd olmasın. Bu mənada bizim həm türkiyəli, həm də azərbaycanlı partnyorlarımızla müntəzəm təmaslarımız var”.

TASS xəbər agentliyinin məluma tına görə Peskov əlavə edib ki, bu barədə icra hakimiyyətlərinin – Türkiyə və ya Azərbaycan prezidentlərinin nəsə dedikləri məlum deyil.

Gununsesi.info