Peskov hərbi əməliyyatları dayandırmağın şərtini açıqladı

  • By admin
  • 07 Mart 2022 16:53

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynadakı hərbi əməliyyatların istənilən an dayana biləcəyini açıqlayıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Röyters” agentliyinə müsahibəsində danışıb.

“Müharibəni istənilən an dayandırmağa hazırıq. Bir şərtlə ki, Ukrayna tələblərimizi yerinə yetirsin. Onlar Ukraynanın hansısa bloka qoşulmayacağı barədə vəd verməlidirlər. Həmçinin Krım Rusiya ərazisi kimi tanınmalı, Donetsk və Luqanskın müstəqilliyi qəbul edilməlidir. Şərtlər bunlardır”, – o söyləyib.

 

 

Gununsesi.info