Peskov: Moldova ilə münasibətlərimiz son dərəcə gərgindir

  • By admin
  • 20 Fevral 2023 18:58

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov Moldova siyasətçilərinin açıqlamalarına münasibət bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya təmsilçisi Moldova siyasətçilərini çıxışlarında diqqət etməyə səsləyib.

“Moldova idarəçiləri Rusiya əleyhinə hər şeyi vurğulayırlar. Bu qurucu bir mövqe çatışmazlığıdır. Moldovaya xeyir verməz. Əlbəttə, ikitərəfli münasibətlərimizə zərər verər”.

Rus siyasətçi Moldova Baş naziri Dorin Receanın Moldova sərhədləri içində olan və təktərəfli müstəqilliyini elan edən Dnestryanı bölgəsinin əsgərlərdən təmizlənməsi ilə bağlı açıqlamalarına etiraz edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info