Peskov: “Putin saxlanılan qubernatoru istefaya göndərə bilər”

Rusiya Prezidenti Vladimir Putin istintaq məlumatlarına əsasən, etimadın itirilməsi səbəbindən bir sıra iş adamlarına qarşı cinayətləri təşkil etmək ittihamı ilə saxlanılan Xabarovsk diyarının qubernatoru Sergey Furqalın istefası barədə qərar verə bilər.

Gununsesi.org bildirir ki, Gazeta.ru-nun məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Bununla belə, D.Peskov S.Furqalın hazırda qubernator vəzifəsində olduğunu və istefası qərarının verilmədiyini də vurğulayıb.

Gununsesi.org