“Rusiya Prezidenti Vladimir Putin bəzi hallarda qonaqları ilə əllə görüşür, bəzi hallarda isə məsafə saxlayır və təxminən, 6 metrlik masa arxasında müzakirələr keçirir”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Putinin Fransanın dövlət başçısı Emmanuel Makronla uzun masa arxasında danışması siyasiləşməməlidir: “Bu, pandemiya qaydalarına əməl etməklə bağlıdır. Bəzi liderlər testlərinin nəticələrindən xəbərimizin olmasını istəmirlər. Biz bunu anlayışla qarşılayırıq. Lakin bu zaman əlavə tədbirlərə, o cümlədən uzun masalara ehtiyac olur. Əsas məsələ budur ki, heç nə danışıqlara mane olmadı”.
Qeyd edək ki, E.Makron fevralın 7-də Rusiyaya səfər etmişdi. Liderlərin uzun masa arxasında söhbətləşməsi ciddi müzakirələrə səbəb olmuşdu.
Gununsesi.info