Peskov təkzib etdi: “Rusiya Kaxovka Su Elektrik Stansiyasına hücumda iştirak etməyib”

  • By admin
  • 06 İyun 2023 14:50

“Ukrayna Kaxovka Su Elektrik Stansiyasında diversiya törədib”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və digər xidmətlər xətti ilə dövlət başçısı Vladimir Putinə hadisə ilə bağlı məlumat verilir.

Peskov, həmçinin Rusiyanın bu hücumda iştirak etməsi ilə bağlı yayılan məlumatları təkzib edib: “Diversiya Kiyev rejiminin göstərişi ilə həyata keçirilib və onlar baş verənlərə görə məsuliyyət daşımalıdırlar”.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir. Hazırda ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilir. Nova Kaxovka şəhərindən də təqribən 300 evin sakinləri təxliyə ediləcək. Əraziyə yaxın bölgələrdə suyun səviyyəsində artım müşahidə edilir.