Peskov vaksinlə bağlı yayılan xəbərləri təkzib etdi: Cəfəngiyatdır…

  • By admin
  • 08 Mart 2021 16:59

“The Wall Street” jurnalında yer alan xəbərə görə, ABŞ Dövlət Departamentinin rəsmisi “Pfizer” və “Moderna” tərəfindən hazırlanan peyvəndləri gözdən salmaq üçün Rusiya kəşfiyyat xidmətinin təlimatı ilə üç məqalə dərc edildiyi iddiasını irəli sürüb.

Gununsesi.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu iddiaları təkzib edib.

“Nəşrlər həm “Pfizer”, həm də “Moderna” peyvəndləri, habelə beynəlxalq təşkilatlar, hərbi qarşıdurmalar, etirazlar və faydalana biləcəkləri hansısa məsələlər haqqında çoxlu dezinformasiya yaydı”, – ABŞ Dövlət Departamentinin rəsmisi bunu deyib.

Sözügedən məsələni “The Wall Street” jurnalına danışan Kremlin sözçüsü Dmitriy Peskov bütün qeyd edilənləri cəfəngiyat adlandırıb: “Rusiya kəşfiyyat xidmətlərinin vaksinlərin tənqidi ilə bağlı heç bir əlaqəsi yoxdur. Əgər “Sputnik V” ilə bağlı hər nəşri ABŞ kəşfiyyat orqanlarının fəaliyyətinin nəticəsi olaraq görsəydik, indi ağlımızı itirirdik”, – Peskov bildirib.

Gununsesi.info