Peskovdan Ermənistana Qarabağ xəbərdarlığı

  • By admin
  • 25 Sentyabr 2023 18:15

Kremlin sözcüsü Dmitri Peskov Ermənistanın “üçüncü ölkə” təklifinə etiraz edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Peskov açıqlamasında “üçüncü tərəf ölkələrin” Qafqazdakı vasitəçilik cəhdlərinə narazılığını bildirərək bu cür addımlardan qaçmağa səsləyib.

Peskov jurnalistlərə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dövlət başçısı İlham Əliyevin Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı görüşü ilə bağlı isə bunları deyib:

“Hər zaman Azərbaycan və Türkiyə Prezidentlərinin keçirdiyi görüşlərin bölgənin təhlükəsizliyinə və Qarabağdakı həyatın normallaşmasına qatqı verməsini arzulayırıq”.

Peskov Türkiyə və Azərbaycanın ikitərəfli münasibətləri olan suveren ölkələr olduğunu söyləyib.
“Rusiya da Ankara və Bakı ilə yaxın əlaqələri olan ölkədir”.

Tərcümə: Arzu

Gununsesi.info