Kreml İrəvanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir.
Gununsesi.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Təbii ki, sabah bu sammitdə Ermənistanın yüksək səviyyədə iştirakının olmayacağını təəssüflə ifadə etmək olar. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”, – o əlavə edib.
Qeyd edək ki, Ermənistan rəsmiləri ardıcıl olaraq KTMT toplantılarında iştirakdan imtina ediblər.
Gununsesi.info