Peskovdan Pompeoya cavab: “Biz kiməsə qarşı dostluq etmirik”

  • By admin
  • 24 İyul 2020 21:24

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibi Mayk Pompeonun Çinə qarşı ittifaq yaratmaq fikrinə münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Prezidentin Moskvanın heç vaxt kiməsə qarşı alyanslarda iştirak etməyəcəyi, bizim kiməsə qarşı dostluq etmədiyimizə dair sözlərini xatırlatmaq istəyirəm”, – deyə, D.Peskov bildirib.

O qeyd edib ki, Çin Rusiya üçün müttəfiq və tərəfdaşdır.

 

 

Gununsesi.org