Peskovdan Türkiyəyə KRİTİK TƏKLİF

Çətinlik Moskva ilə Kiyev arasındakı münasibətlərdə deyil. Çətinlik Moskva ilə Amerika və Moskva ilə NATO münasibətlərində yaşanır.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Türkiyə də NATO ölkəsidir. Yəqin ki, amerikalıların məsləhətləşəcəyi ölkələrdən biri də Türkiyə olacaq, çünki onlar müttəfiqdirlər.

Bizə qarşı qeyri-dost mövqe tutan ölkələr var. Bir də tam əksinə, dialoqu davam etdirmək, problemlərin hər birini diplomatik yolla həll etmək siyasəti yürüdən, Rusiyanın narahatlığını nəzərə alan ölkələr var. Şübhəsiz ki, belə ölkələr bu prosesə müsbət töhfə verə bilər”, – deyə Peskov bildirib.

Gununsesi.info