Peskovun qızının lüks həyatı – FOTO

  • By admin
  • 20 Noyabr 2023 17:16

Bir ildən artıqdır Ukrayna ilə müharibədə olan Rusiya prezidentinin Putinin ən etibarlı adamlarından biri olan Peskovun qızının lüks həyatı gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, 25 yaşlı Yelizaveta sakit və təvazökar həyat sürdüyünü desə də, şəxsi İnstaqram hesabında onun davamlı olaraq şəxsi təyyarələrlə səyahət etdiyi, şənliklərə qatıldığı görünür.

Peskova anası Yekaterina Solotsinskaya ərindən boşandıqdan sonra uzun illər Parisdə yaşayıb. Avropada işləyən Peskova haqqında 56 yaşlı atası “O, Parisdə çox çətin şəraitdə yaşayırdı. Amma indi onun karyerası var. O, bütün çətinliklərin öhdəsindən gəldi” deyə bildirib. Peskovun açıqlamalarından sonra Rusiya müxalifəti Aleksey Navalninin tərəfdarlarından olan Lyubov Sobol diqqətçəkən açıqlama verib.

Peskovanın şəxsi təyyarədə çəkdirdiyi fotosunu paylaşan Sobol, “Bunlar patoloji yalançı Peskov üçün çətin şərtlərdir” deyib.

2016-cı ildə Solotsinskaya sosial şəbəkədə yazıb ki, Parisin mərkəzində Viktor Hüqo meydanında yeni mənzilə köçüb. Navalnının korrupsiyaya qarşı mübarizə fondunun araşdırması nəticəsində məlum olub ki, 1,8 milyon avroya mənzili Fransanın Sirius şirkəti alıb, 75 faiz Solotsinskaya, 25 faiz isə Peskovaya məxsusdur.

Peskov və Peskovanın fotosunda onlar fransız zərifliyinin təcəssümü olan “Le Bristol” otelinin qarşısında poza veriblər.

ABŞ və Avropa İttifaqı ötən il Peskova, onun qardaşı və ögey anasına qarşı sanksiyalar tətbiq edib. ABŞ üçlüyün “Peskovun dövlət qulluqçusu maaşı ilə uyğun gəlməyən dəbdəbəli həyat tərzinə” malik olduğunu bildirib.

Bu ilin aprelində Peskova İnstaqramda yazıb ki, o, beş il əvvəl Parisdən Moskvaya qayıdıb, orada “işləyib və çoxlu pul qazanıb, müxtəlif layihələrdə iştirak edib”.

Gununsesi.info