Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Prezident Vladimir Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov da ABŞ Prezidenti Donald Trampa müraciət edib.
O, Ukrayna münaqişəsinin həlli ilə bağlı Kreml–Vaşinqton təmaslarının bərpasını xahiş edib:
“Biz ümid edirik ki, Prezident Tramp Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə yardım göstərməyə hələ də hazırdır”.
Peskov, həmçinin ABŞ və Rusiyanı nəzərdə tutaraq tərəflər üçün “çox parlaq üfüqlərin açıldığını”, indiki vəziyyətin isə “vaxt itirilməsinə, pul və mənfəət itkisinə” səbəb olduğunu bildirib.
Maraqlıdır, Peskovun Trampa müraciəti Kremlin hazırkı strateji vəziyyətini nə qədər çətin göstərir?
Bu müraciət Rusiyanın diplomatik təşəbbüsü kimi görünür, yoxsa zəiflik əlaməti?
Əslində, Peskovun ritorikasında bir neçə detal var ki, Moskvanın mövqeyinin zəiflədiyini göstərir. Məsələn, Rusiya ilk dəfədir ki, Vaşinqtona belə açıq çağırış edir.
Kreml, adətən, bizim qapımız açıqdır” tipli formal ifadələrdən istifadə edirdi.
“Vaxt, pul və mənfəət itkisi” ifadəsinə diqqət edək.
Bu cümlə hənndə Kremlin daxili təzyiqləri hiss etdiyini göstərir. Uzunmüddətli müharibə Rusiyaya ciddi maliyyə, texniki və siyasi yük gətirir. Peskov bunun adını çəkməklə faktiki olaraq deyir ki, mövcud kurs resurs baxımından dayanıqlı deyil.
Yəni konkret desək, Peskovun Trampa müraciəti ikiqat siqnal kimi oxunur: həm diplomatik təşəbbüs görüntüsü, həm də Kremlin strateji çətinliyinin dolayı etirafı.
Nəticə olaraq onu demək olar ki, bu müraciət zahirdə diplomatik təşəbbüs kimi göstərilir, lakin gerçəkdə Kremlin strateji olaraq çətin vəziyyətdə olduğunu açıq şəkildə üzə çıxarır.
Rusiya dialoq üçün vasitəçi axtarır, resurs itkisini etiraf edir, münaqişənin mövcud formatda davam etməsinin özünə sərf etmədiyini bildirir.
Bu da müharibənin gedişində siyasi dinamikanın Moskvadan çox Vaşinqtonun əlində olduğunu göstərir.
Afət













