Rusiya İstintaq Komitəsi Sankt-Peterburq metrosunda törədilmiş terror aktına görə 8 nəfəri saxlayıb.
Gununsesi.info-nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, 6 nəfər Peterburqda, 2 nəfər isə Moskvada saxlanılıb.
Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilmiş terrakt nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.
Gununsesi.info