
Sankt-Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından biri ələ keçirilib.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, Moskva vilayətinin Odintsov rayonunda Abror Əzimov saxlanılıb.
1990-cı il təvəllüdlü A.Əzimov terror hadisəsini törədən Əkbərjon Cəlilovu terrora hazırlayıb.
Xatırladaq ki, bu il aprelin 3-də Sankt-Peterburq metrosunda partlayış baş verib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Gununsesi.info