“2017-ci il SOCAR Türkiyə üçün gəlir baxımından çox uğrulu il olub. Petkim 2017-ci ildə rekord həddə 1,4 milyard lira (700 milyon manat civarında) xalis gəlir əldə edib”.
Gununsesi.info xəbər verir ki, bunu “SOCAR Türkiyə” “Anadolu”-ya açıqlamasında deyib.
SOCAR-ın Türkiyədəki fəaliyyətindən danışan Z. Qəhrəmanov bildirib ki, SOCAR Türkiyədə yeni neft-kimya kompleksi yaratmağı planlaşdırır. “Neft-kimya bazarı baxımından Türkiyə çox gözəl bir bazardır. Bu sahədə yeni investisiyalar üzərində çalışırıq. Bu məsələdə dövlətin də bizə böyük dəstəyi var. 2019-un əvvəllərində yeni investisiya qərarını verib, 2022-ci ilin sonunda yeni bir neft-kimya kompleksinin inşasını tamamlamağı planlaşdırırıq. Türkiyə iqtisadiyyatının ən böyük problemi cari kəsirdir. SOCAR olaraq bizim bütün layihələrimiz bu cari kəsirin bağlanmasına yönəlib. STAR Zavodu da, TANAP da, yeni planlaşdırdığımız neft-kimya kompleksi də cari kəsirin bağlanmasına milyardlarla dollar töhfə verəcəkdir”- deyə, Z. Qəhrəmanov vurğulayıb.
Z. Qəhrəmanov deyib ki, 2018-ci ilin sentyabr ayında SOCAR-ın Egey Dənizi Emal Zavodunda (STAR) istehsala başlayacaq.“Bütün layihələr yaxşı gedir. Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) və STAR Zavodunun tikintisi davam edir. 2018-də artıq bu tikintilər bitəcək və son 8 ildə davamlı olaraq sərmayə qoyduğumuz, Türkiyənin ən böyük iki layihəsi tamamlanacaqdır. TANAP-la ilk qaz iyul ayında Türkiyədə olacaq. Sentyabr ayında da STAR Neftayırma Zavodunun istehsalı başlayacaq”
Qəhrəmanov, SOCAR-ın Türkiyədə planlaşdırdığı ümumilikdə 19,5 milyard dollarlıq investisiyanın 12,6 milyard dollarlarının həyata keçirildiyini və davam edən layihələr başa çatanda bu rəqəm 16,5 milyard dollara çatacaq: “Qalan 3 milyard dollarlıq hissə də yeni sərmayələr üçün 2018, 2019 və 2020-ci illərdə həyata keçirəcəyik”.
Baş direktor əlavə edib ki, Petkimin istesal etdiyi məhsulun 50%-i ixrac olunur: “STAR-ın Neft Emalı zavodunun məhsulları isə Türkiyədə satılacaq. Bundan əlavə 10 milyon tonluq yeni bir neft-kimya emal müəssiəsinin tikintisinə başlanacaq. Bu emal müəssisəsinin işə salınması Türkiyə iqtisadiyyatına çox böyük təsiri olacaq. Bu emal müəssisəinin işə salınmasından sonra daha 2 min nəfər işlə təmin olunacaq , bununla da işçilərimizin sayı 5 mindən 7 minə çatdırılacaq”.
Gununsesi.info