
Sentyabrın 6-da Petkim Neft-kimya Holdinq İzmirdə yerləşən Əliağa tədris korpusunda növbəti fövqəladə toplantısını keçirəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, içlas zaman bəzi idarə heyətinin üzvləri vəzifədən azad ediləcək və yerlərinə yeniləri təyin olunacaq.
Qeyd edək ki, iyulun 28-də “Petkim” neft-kimya kompleksinin baş direktoru Sadəddin Qorqud Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhddə ittiham olunaraq saxlanılıb. Onun yerinə Anar Məmmədov holdinqin baş direktoru vəzifəsinə gətirilib.
Bundan əvvəl Anar Məmmədov “SOCAR Energy Greece” şirkətinin icraçı direktoru vəzifəsində çalışıb. O, bu vəzifədə 2014-cü ildən çalışıb. “SOCAR Energy Greece” şirkətindən əvvəl isə A.Məmmədov “SOCAR Georgia Gas Ltd”, “Arxiel Carbonexis Ltd”, şirkətlərində baş icraçı direktor, “Millio İnternational Ltd” şirkətində isə regional direktor vəzifəsində çalışıb. A. Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb.
Anar
Gununsesi.info