Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 823 nəfər vaksinasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

HTML tutorial

Gün ərzində birinci doza vaksinlərin sayı 459, ikinci doza vaksinlərin sayı 178-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 991-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 195 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 783 622, birinci doza peyvəndlərin ümumi sayı 5 359 933, ikinci doza vaksinlərin sayı 4 855 530 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 317 503, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 656 olub.

Gununsesi.info