Peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 20 Yanvar 2022 18:46

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə 26 784 vaksin vurulub.

HTML tutorial

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 756 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 208 739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 723 586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 824 241 təşkil edir.

 

 

Gununsesi.info