Peyvənd olunanların sayı açıqlandı

  • By admin
  • 17 Sentyabr 2022 18:46

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 081 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 166, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 511, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 84 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 880 506 təşkil edir.

Gununsesi.info