Peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 08 Fevral 2022 16:38

Azərbaycanda son sutkada 43 126 nəfər vaksinasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 652 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 2 204-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 37 270-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 261 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 252 035, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 754 599 nəfər təşkil edir.

Ümumilikdə isə 2 255 106 buster doza vurulub.

 

Gununsesi.info