Peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 12 Fevral 2022 19:08

Azərbaycanda son sutkada 43 692 nəfər vaksinasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 069 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 1 788-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 38 835-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 434 328, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 264 564, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 762 493 nəfər təşkil edir.

Ümumilikdə isə 2 407 271 buster doza vurulub.

 

 

Gununsesi.info