Peyvənd olunmayanlar ölkəni tərk edə bilməyəcəklər

  • By admin
  • 22 May 2021 22:56

Yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunmayan Küveyt sakinləri artıq ölkəni tərk edə bilməyəcəklər.

Gununsesi.info xəbər verir ki, əmirlik hökumətinin müvafiq fərmanı bu gün qüvvəyə minib.

Küveyt KUNA xəbər agentliyinin verdiyi məlumata əsasən, xaricilər və əmirlik vətəndaşları ölkədən çıxmaq üçün qeydiyyatdan keçmiş dörd vaksindan biri ilə peyvənd olunmalıdır – Pfizer, AstraZeneca, Moderna, yaxud Johnson & Johnson.

18 yaşınadək sakinlər, hamilə qadınlar, xarici diplomatik nümayəndəliklərin üzvləri, habelə sağlamlıq səbəbi ilə peyvənd ala bilməyənlər şəxslər qadağadan azad olunur.

Ölkəni tərk etmək üçün onlara yerli Səhiyyə Nazirliyindən müvafiq təsdiqedici sənəd almaları lazımdır.

 

Gununsesi.info