“Peyvənd sertifikatı”nın etibarlılıq müddəti nə qədərdir? – AÇIQLAMA

  • By admin
  • 14 İyul 2021 11:52

“Peyvənd sertifikatı” müddətsizdir.

Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabında bildirilib.

“Dünyada koronavirus (COVID-19) əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq”, – deyə qeyd edilib.