Peyvənd vurdurmaq hər il tələb olunacaq – Professor AÇIQLADI

  • By admin
  • 22 Noyabr 2021 09:59

“BioNTech”in qurucularından olan Uğur Şahin illik 1 doza peyvəndin virusa qarşı effektiv olacağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, U.Şahin bildirib ki, dördüncü aydan sonra peyvəndin təsiri azalmağa başlayır və altıncı ayda bu azalma daha da sürətlənir.

“Həmçinin bu peyvənd ağır xəstəliklərin qarşısını alır. Koronavirusa qarşı peyvənd olunanlar bu xəstəlikdən daha yüngül formada sağalırlar.

Bizim (Pfizer – red.) peyvənd artıq iki doza olaraq təsdiqlənib. Əhəmiyyətli olan odur ki, peyvəndin üçüncü dozası yenidən müdafiəni artırır. Biz peyvəndin iki dozasından sonra qorunmanın daha uzun sürəcəyini gözləyirik və qripdə olduğu kimi, ildə 1 dəfə peyvənd kifayətdir. Bununla belə, hazırda dördüncü doza koronavirus peyvəndinin təsiri və onun nə vaxt tətbiq edilməsi ilə bağlı araşdırmamız yoxdur. Yeni variantlardan narahat deyilik və bilirik ki, virusdan qorunmanı yenidən 95 faizə çatdıra bilərik”, – professor qeyd edib.

Gununsesi.info