Peyvəndlənənlərin sayı açıqlandı

  • By admin
  • 12 İyul 2021 20:48

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 564 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 475 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 1 633 334 təşkil edir

Gununsesi.info