Pezeşkian nə qədər maaş aldığını açıqladı

  • Müəllif: Firuzə
  • 12 Fevral 2026 16:15

İran Prezidenti Məsud Pezeşkian aylıq 1000 dollar maaş alır.

Gununsesi.info  xəbər verir ki, bu barədə o, Gülüstan vilayətində tibb məsələlərinə həsr olunmuş iclasda bildirib.

“Əvvəllər normal pul verilirdi, maaş 6 min dollar idi. Amma indi prezident olaraq 1000 dollar maaş alıram”, – o deyib.

Qeyd edək ki, İranda hazırkı məzənnə ilə (1 dollar – 162 min tümən) 1000 dollar təxminən 162 milyon tümən edir.

Gununsesi.info