PFL əməkdaşlarının son durumu - 2 nəfərin vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıYevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gununsesi.info-ya yaralıların son durumu barədə məlumat verilib.

“Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar”, – məlumatda qeyd olunub.

 

 

Gununsesi.info