“Pianoçu” filmi ilə məşhurlaşan rejissorun qorxunc həyat hekayəsi - FOTOLAR

  • By admin
  • 03 Oktyabr 2019 20:20

Ən yaxşı rejissor “Oskar”ı da daxil olmaqla, bir çox mükafatlar almış polşalı dünyaca məşhur rejissor Roman Polanskinin həyatı ən az filmləri qədər diqqət çəkir. Onun film kariyerası qədər şəxsi həyatı da mübahisə doğurur.

Roman Polanskinin xüsusilə də son illərdə haqqında yayılan təcavüz ittihamlarına görə uzun müddətdir, başı qalmaqallardan açılmır. Cinsi istismar ittihamlarıyla həbs olunan rejissorun keçmişi qədər bu günü də tükürpədən detallarla zəngindir.

Gununsesi.org xəbər verir ki, yəhudi əsilli Polanskinin faciəli həyatı 1940-cı il Almaniya işğalı səbəbilə bütün ailəsinin əsir düşərgələrinə göndərilməsi ilə başlayır.

Yahudi asıllı Polanski'nin trajedisi, 1940 yılında patlak veren Nazi işgali nedeniyle tüm ailesinin Nazi toplama kampına gönderilmesiyle başlar.

Atası onu əsir düşərgəsinə getməmişdən öncə katolik bir ailəyə əmanət edərək ölümdən xilas edir. Polanski savaş boyunca almanlardan qaçaraq kilsəyə bağlı evlərdə yaşamını davam etdirir.

Anasını “Auschwitz” əsir düşərgəsində itirdikdən sonra həyatda qalmağı bacaran atası ilə yoluna davam edən Polanski bir müddət sonra Lodz film məktəbində rejissorluq təhsili aldı.

Buradakı tələbəlik həyatı boyunca bir çox qısa və uzun metrajlı film təcrübəsi oldu. “Knife in the water” (Suda bıçaq) filmindən sonra bu sahədə adından söz etdirməyi bacardı. Zamanında bu filmi fərqli qılan şey savaşdan sonra Polşada çəkilən filmlər içərisində savaş mövzusunu əks etdirməyən tək film olması idi.

Bu süreçte dünyanın en ünlü sinema okulu olan Lodz Film Okulu’nda yönetmenlik eğitimi almaya başlar.

Artıq film sektorunda özünü sübut edən Polanski “Qorxusuz vampir ovçuları”  filminə oyunçular axtardığı zaman həyatını eşqi ilə qarşılaşdı. Şeron Teyt adlı bu xanım öz gözəlliyi ilə bir çox gözəllik yarışlarının qalibi seçilmişdi.  Filmin çəkilişləri bitdikdən sonra Polanski Şerona eşqini elan etdi və onlar bir müddət sonra ailə qurdu. Polanskinin faciəli həyatının ikinci hissəsi də bundan sonra başladı.

1968 yılının başında İngiltere’de evlendiler ve Polansky’nin Londra’daki evine taşındılar.

Hamilə olan Şeron 1969-cu ildə dostları ilə birgə “Beverly Hills”dəki evlərinə gəldilər. Gecə əyləndikdən sonra səhər ətrafı toplamaq üçün gələn xidmətçi qorxunc məzərə ilə qarşılaşdı. Hər yer – xalçalar, əşyalar, çarpayı, divar qan içərisində idi. Ən qorxunc mənzərə isə Şeron Teytə aid olduğu ortaya çıxan qanla divara “donuz” yazıldığı mənzərə idi.

Şeronun bədənində 16 bıçaq yarası var idi və boynuna uzun bir ip bağlanmışdı. Otaqda olan hər kəsi vəhşicəsinə qətlə yetirən qatillər evin bütün telefon xətlərini də kəsmişdilər.

2e3838ae-40e8-43c8-b086-34624ab796c5.jpg (44 KB)

Sevimli həyat yoldaşı Şeron ilə birgə digər dostlarını bu dəhşətli cinayətdə itirən Polanski dərin psixoloji çöküntü yaşadı. Bundan sonra film sahəsində uzaqlaşıb, bir müddət özünə qapandı. İllər sonra öz bioqrafiasında yazdığına görə, həyat yoldaşının ölümü ilə bütün dini inancını itirdi.

Cinayetler, Roman Polansky’yi büyük bir psikolojik çöküntüye soktu.

Bir müddət sonra maşın oğurluğuna görə tutulan Susan Atkins adlı bir qadın Şeronun ölümü ilə bağlı kamera yoldaşlarına bir sıra şeylər danışıb. Polislər araşdırma başladaraq qadından cinayətlə bağlı ciddi məlumatlar əldə edirlər.

Susan Atkins bildirdi ki, cinayət həmin dövrdə fəaliyyət göstərən dini sektanın işidir, özü də həmin sektanın üzvü olub. Sektanın rəhbəri və cinayətin əsas icraçısı Çarls Menson adlı bir psixopat idi.

Cinayətdən sonra Polanskinin həyatında ard-arda uğursuzlar yaşanır. 1977-ci ildə 13 yaşlı bir qıza təcavüz etdiyi üçün haqqında cinayət işi açıldı, lakin Polanski həbs olunmamaq üçün Amerikadan Fransaya qaçaraq oranın vətəndaşlığını qəbul etdi.

Polanski'nin hayatı gitgide kötüleşiyordu.

2002-ci ildə öz həyatından ilhamlanaraq yazdığı, baş rolunda Adrian Brudinin yer aldığı “Pianoçu” filmi 3 “Oskar”, 2 “Bafta” və “Qızıl Palma” mükafatlarına layiq görülüb. Amerikaya girişi qadağan olduğu üçün “ən yaxşı rejissor” mükafatını onun adına Harrison Ford aldı.

Rejissorluğunu Tarantinonun etdiyi “Once Upon A Time In Hollywood” (Bir zamanlar Hallivudda) filmi Polanskinin faciəli həyatına həsr olunub. Film 2019-cu ilin avqustunda izləyicilərin ixtiyarına verilib.

2019'un ağustos ayında vizyona girmesi planlanan Once Upon A Time In Hollywood'da Polanski'nin bu trajik hayat öyküsünden esinlenildi.

 

 

Gununsesi.org