Pifaqor teoremi və Nyutonun başına alma düşməsi saxta adlandırıldı

Hindistanın Karnataka ştatında yerli orta məktəb təhsili idarəsi Pifaqor teoreminin və İssak Nyutonun başına alma düşməsi əfsanəsinin saxta adlandırıldığı sənəd yayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hindustani Times” məlumat yayıb.

HTML tutorial

Sənəddə təhsil idarəsi məktəblərə uşaqlarda tənqidi təfəkkürün təşviq edilməsini tövsiyə edir ki, onlar əsassız olaraq təsdiq edilmiş həqiqətlər kimi gördükləri şeylərə daha az etibar etsinlər. Həmçinin şagirdlərə sanskrit dilini üçüncü dil kimi öyrətməyi və qədim Hindistan say sistemlərindən istifadə etməyi təklif edir.

“Hindustani Times” bu təşəbbüsü Hindistanın təhsil sisteminin ümumi “zəfəranlaşması” tendensiyası ilə – məktəb kurrikulumunun xarici komponentlərdən təmizlənməsi, dünyanın digər regionlarından götürülmüş ideyaların hindistanlılarla əvəzlənməsi cəhdləri ilə əlaqələndirir.

Gununsesi.info