Axşam saatlarında Bakıda 8 Noyabr prospektində, Nargilə adlanan ərazidə tıxac yaranıb.
Gununsesi. info xəbər verir ki, tıxaca yolda görülən təmir işləri səbəb olub.
Nəqliyyat vasitələrinin hərəkətinin pik vaxtında təmir işlərinin aparılması sürücülər tərəfindən narazılıqla qarşılanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli metbuata açıqlamasında bildirib ki, sözügedən ərazidə su qəzası olub. Bu səbəbdən də asfalt örtüyü bərpa olunub. Qurum rəsmisinin sözlərinə görə, qəza olduğu üçün asfalt örtüyünün bərpasını gecəyə saxlamaq olmaz. Bərpa işləri artıq başa çatıb.
Gununsesi. info