“Piknik” qrupu konsertə sükutla başlayıb

  • By ilhame
  • 27 Mart 2024 21:19

Rusiyanın Sankt-Peterburq şəhərində “Piknik” qrupu öz konsertinə “Crocus City Hall”da törədilən terror aktında həlak olanların xatirəsini sükutla yad etməklə başlayıb.

 

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, qrup həmçinin genişmiqyaslı şou keçirməkdən imtina edib.

 

Bildirilib ki, “Piknik” əldə edilən bütün vəsaiti terror aktı zamanı həlak olanların ailələrinə yardım üçün göndərmək niyyətindədir.

 

Bir dəqiqəlik sükut başa çatdıqdan sonra musiqiçilər “Mən- atılan oxam” mahnısı ilə konsertə başlayıblar.

 

Qeyd edək ki, martın 22-də “Crocus City Hall” konsert zalında “Piknik” rok qrupunun çıxışından əvvəl terror aktı törədilib.

 

Hadisə nəticəsində 140 nəfər ölüb. Ümumilikdə isə yaralıların sayı 360-a çatıb.

Gununsesi.info