Pilot kabinəsindən açılan mənzərə - FOTOLAR

  • By admin
  • 22 Aprel 2017 21:20

pilot kabinesinden menzere3

Hollandiyalı pilot Christiaan van Heijstin işləri pilot kabinəsindən çəkilmiş fotoşəkillərdən ibarətdir.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, onun fotoşəkilləri Pakistandakı Kotri çayının deltasında suyun yaratdığı naxışlardan tutmuş Alyaskada müşahidə edilən Qütb parıltısına kimi təbiətin əsrarəngiz çalarlarını qeyri-adi bucaqdan əks etdirir.

Cənab van Heijst 10 ildən artıqdır ki, yüksəklikdən fotoşəkil çəkmək məharətini təkmilləşdirir.

O, hər ay təxminən 100 saat ərzində uçuşlarda olur.

Rusiya üzərində çəkilən bu fotoşəkildə Şimal parıltısı ilə yanaşı günəşin qalxmasını da görmək olar.

Van Heijst adətən 3 pilotun idarə etdiyi təyyarə ilə uzaqmənzilli reyslərdə olur.

Buna görə o, kürsüsünü tərk edərək Şimal parıltısı kimi görüntüləri müşahidə edə bilər.

Pilotun sözlərinə görə bəzən işıq o dərəcədə güclü olur ki, kameranın ekspozisiyasını cəmi bir neçə saniyəyədək azaltmaq kifayət edir.

pilot kabinesinden menzere

pilot kabinesinden menzere4

pilot kabinesinden menzere2

Gununsesi.info