Pilot qadına şillə vurdu, aləm bir-birinə qarışdı

  • By admin
  • 05 Yanvar 2018 20:24

Hindistanın hava yolu şirkəti olan “Jet Airways” London-Mumbai uçuşu zamanı dava edən pilotlar barəsində tədbir görəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, uçuş zamanı iki pilotun mübahisəsi düşüb və onlar dava etməyə başlayıb. Nəticədə kişi pilot qadın pilota şillə vurub.

“Hind Times of İndia” qəzeti yazır ki, qadın pilot kabini tərk edib və uzun müddətdən sonra qayıdıb.

Təyyarənin təhlükəsiz şəkildə eniş etməsinə baxmayaraq pilotlar barəsində tədbir görüləcəyi bildirilir.

Gununsesi.info