Pilot uçuş zamanı dünyasını dəyişdi

  • By admin
  • 27 Sentyabr 2017 19:58

39a3fb4f3df58d48e78cb1cb0ca8d76a

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkətinin pilotu uçuş zamanı dünyasını dəyişib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Əbu-Dabidən Amsterdama uçuş həyata keçirən təyyarə pilotlardan birinin özünü pis hiss etməsi ilə əlaqədar Küveytdə eniş etməli olub.

Göyərtəyə çağırılan həkimlər pilotun həyatını xilas edə bilməyiblər.

Təyyarə yük daşımaları həyata keçirirmiş. Pilotun ölüm səbəbi barədə məlumat verilməyib.

Gununsesi.info