
Pirallahı Sənaye Parkında dərman zavodunun yaradılmasına hazırlıq işləri görülür və ilkin mərhələdə burada 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin kollegiya iclasında nazir Şahin Mustafayev məlumat verib.
Onun sözlərinə görə, həmçinin, altı rezidenti olan Neftçala Sənaye Zonasında bütün zəruri infrastruktur qurulub.
Hazırda burada Azərbaycan-İran birgə avtomobil zavodu layihəsinin icrası üzrə müvafiq işlər görülür.
Ümumilikdə, 3 rezidentin bu ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur.
“Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Masallı rayonunda yaradılan növbəti sənaye zonasının təşkili işləri davam etdirilir.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan bu cür sənaye zonalarının yaradılması imkanları araşdırılır və işlər 3 ay ərzində yekunlaşdırılacaq”-deyə, o, qeyd edib.
Gununsesi.info