Pirallahıda dərman istehsalı zavodu tikiləcək

  • By admin
  • 08 Oktyabr 2016 11:10
pirallahi
Pirallahıda dərman istehsalı müəssisəsi yaradılacaq.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda  deyib.
Onun sözlərinə görə, Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesi gedir: “Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulmalıdır”.
Azərbaycanın xarici dərmanlardan asılılığından danışan ölkə başçısı bildirib ki, biz  xarici dərmanlardan demək olar, 100 faiz səviyyədə asılıyıq: “Bu, həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə, qərar qəbul olundu və investorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır.
Dövlət başçısı onu da əlavə edib ki, bölgələrdə sənaye zonalarının yaradılması prosesi gedir: “Artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir. Digər rayonlarda da bu istiqamətdə işlər getməlidir.
Gununsesi.info