Pirallahıda polis külli miqdarda narkotiki dövriyyədən çıxarıb

  • By admin
  • 20 İyun 2017 17:47

marixuana

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, narkotik istifadəçisi olan bir nəfər barədə daxil olan məlumatın doğruluğunu yoxlamaq üçün yaradılan əməliyyat qrupu həmin şəxsin ünvanını dəqiqləşdirərək əməliyyat-axtarış tədbirlərinə başlayıb. Rayonun S.Vurğun küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Eldar Çumarinin yaşadığı mənzilə baxış zamanı oradan qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Ekspertiza tərəfindən narkotik vasitənin ümumi çəkisi 2,5 kiloqram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

Anar

Gununsesi.info