Piratlar daha bir gəmini qaçırdılar: altı ekipaj üzvü...

Dəniz quldurları (piratlar) Ekvatorial Qvineya sahillərində konteyner gəmisinə hücum ediblər.

Gununsesi.info “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşan “Dryad Global” şirkətinin portalının məlumat dərc edilib.

HTML tutorial

Hadisə bazar ertəsi günü Ekvatorial Qvineyadakı Luba limanının cənub-qərbində Qvineya körfəzində baş verib.

“İlkin məlumatlara görə, altı ekipaj üzvü oğurlanıb”, – portalın məlumatında deyilir.

Qeyd edilib ki, bu, 2021-ci ildə dəniz quldurları tərəfindən onuncu adam oğurluğu hadisəsidir. Bu il ümumilikdə 76 dənizçi qaçırılıb.

Qvineya körfəzində dəniz quldurları tez-tez müxtəlif ölkələrin gəmilərinə hücum edir. Bu bölgə dənizçilər üçün təhlükəli sayılır.

Gununsesi.info