Pirotexniki vasitələr və siqaret müsadirə edildi

  • By admin
  • 24 Noyabr 2016 10:40

masin

Avtomobildən pirotexniki vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitələr və 1820 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info