XƏBƏR LENTİ

22 Avqust 2017

12 Avqust 2017 - 11:07

Pişiklər öz sahibini yedi- SONRA BİR-BİRİNİ PARÇALADI

yt3zi5dae4u28xrkf0bv

Rusiyanın Omsk vilayətində qəribə hadisə baş verib. Belə ki, evdə tapılan 68 yaşlı kişinin cəsədinin, saxladığı pişiklər tərəfindən yeyildiyi, daha sonra isə pişiklərin bir-birini parçaladığı müəyyən olunub.

Gununsesi.info om1.ru-ya istinadən xəbər verir ki, 68 yaşlı təqaüdçü tək yaşayıb, parktik olaraq heç kimlə əlaqə saxlamadığından küçəyə də təsadüfən çıxarmış.

O hətta övladları ilə də əlaqə saxlamayıb, qonşularla elə də sıx təmasda olmayıb. Buna baxmayaraq, 68 yaşlı təqaüdçü küçədən ancaq sahibsiz pişikləri yemləyirmiş. Onun evində 40-dək pişik olub.

Qonşular sonuncu dəfə 68 yaşlı kişini iyul ayının əvvəlində gördüklərini və ondan sonra kişini görmədiklərini deyiblər. Qonşuların dediyinə görə, onun arada pişiklər üçün yem almağa mağazaya getmədiyini müşahidə ediblər. Bundan narahat olan qonşular məhəllə komitəsinə müraciət ediblər. Bundan sonra ondan xəbər çıxamadığını görən qonşular polisə xəbər veriblər.

Avqustun 10-da hüquq-mühafizə orqanları təqaüdçünün yaşadığı evin qapısını sındıraraq içəri daxil olublar. Evdə yaşlı kişinin skletini aşkar ediblər. Kişi öldükdən sonra evdə bağlı şəraitdə qalan pişiklər ölmüş ev sahibinin cəsədini yeməyə başlayıblar. Bundan sonra isə pişiklər bir-birini yeyib. Evdə bir neçə ölü pişik tapılıb.

İstintaq komitəsindən verilən məlumata görə, 68 yaşlı kişinin öz əcəli ilə öldüyü bildirilir. Çünki kişinin skletində hər hansı zədə aşkar edilməyib. Hazırda onun ölüm şəraiti araşdırılır.

Gununsesi.info




loading...
Loading...