XƏBƏR LENTİ

19 Fevral 2018

18 Yanvar 2018 - 14:54

Pişiyimin dərisini soyub başımın üstündə saxlayıram- ELZA SEYİDCAHAN

Əməkdar artist Elza Seyidcahan “Sayqa ilə bu axşam” proqramının qonağı olub.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, verilişdə maraqlı anlar yaşanıb. Belə ki, efirə müxtəlif heyvanlar gətirilib.

E.Seyidcahan isə “Maki” adlı meymunu şou-biznes nümayəndələri arasında özünə bənzədib: “Mən də sənin kimi meymunam ey. Meymunu özümə oxşadıram”.

Müğənni eyni zamanda ölən pişiyindən danışıb. O bildirib ki, pişiyin dərisini soyub saxlayır: “Ondan sonra heyvan saxlamaram. Ceylanın ruhu inciyər. Mən çox etibarlıyam. Pişiyimin dərisini soyub başımın üstündə saxlayıram”.

Gununsesi.info