
Hollivud ulduzları Bred Pittlə Mariyon Kotiyyar sevgili olduqları haqqında yayılan xəbərlərdən sonra ictimaiyyət arasında ilk dəfə birlikdə görüntüləniblər.
Gununsesi.info-nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, “The Allied” filminin Nyu-Yorkda keçirilən qala gecəsinə qatılan iki məşhur bununla güclü dostluq əlaqələrinə malik olduqlarını və yayılan dedi-qoduların əsassız olduğunu göstəriblər.
Qeyd edək ki, 40 yaşlı fransız aktrisa 43 yaşlı aktyor Qiyom Kane ilə 9 ildir ki, sevgilidir. Cütlüyün 5 yaşlı oğlu var. Aktrisa ikinci uşağına hamilədir.
Gununsesi.info