Pivənin sərbəst pərakəndə satışına qadağa tətbiq edilməyəcək

  • By admin
  • 14 Oktyabr 2016 13:54

pive

Azərbaycanda pivənin sərbəst pərakəndə satışına qadağa tətbiq edilməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən tütünlə bərabər pivənin də pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, habelə məhsulların satış məqsədi ilə az miqdarda alınmasına 100 manat məbləğində cərimə tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Gununsesi.info