Piy xərçəng şişlərini əmələ gətirir

  • By admin
  • 28 Dekabr 2016 21:35

14829129464201938817_1000x669

 

Alimlər laboratoriya müşahidələri prosesində insan orqanizmində bədxassəli şişlərin əmələ gəlməsinin başlıca səbəbini tapa biliblər.

Belçikada yerləşən Flanders adına Biotexnologiya İnstitutunun ekspertlərinin sözlərinə görə, həkimlər kompleks təcrübələr sayəsində onkoloji xəstəliklərin əmələ gəlməsinə piyin təsir göstərdiyini sübuta yetiriblər.

Gununsesi.info AzərTac-a istinadən xəbər verir ki, tədqiqatların nəticələri “Nature” jurnalında dərc edilib.

Məlum olub ki, piy yığınları yeni limfa damarlarının formalaşmasında iştirak edir. Xərçəng hüceyrələri də həmin piylərin köməyi ilə orqan və toxumalara daxil olur.

Alimlərin fikrincə, bədxassəli şişlərin əmələ gəlməsi üçün xüsusi kanallar lazımdır. Onkoloji xəstəliklərin inkişafında bu kanallar əsas rol oynayır.

 

Gununsesi.info