Yol nəqliyyat hadisəsi paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Gununsesi.info xəbər veririr ki, Ceyhun Hacıbəyli küçəsində baş verən qəzaya yolun qadağan olunmuş hissəsindən keçən piyada səbəb olub. Belə ki sözü gedən küçə ilə hərəkətdə olan minik avtomobilinin sürücüsü Habil İsmayılovun sözünə görə hərəkət olarkən anidən qarşısına piyada çıxıb. Qadına yol vermək isdəyən sürücü anidən əyləci basıb. Bu zaman isə arxadan gələn Azsamand markalı minik avtomobilinin sürücüsü ara məsafəsi saxlamadığı üçün qarşıdakı maşına çırpılıb. Hadisə zamanı əraziyə Nərimanov rayon dövlət yol polis idarəsinin əməkdaşları cəlb olunub. Müainələr aparılıb. İlkin araşdırma zamanı azsamandın sürücüsü Vüqar Allahverdiyevin yol hərəkəti qaydalarına əməl etmədiyi müəyyən olub. Bununla belə sürücü günahı piyada da görür. Piyadanın səhvi ucbatından baş verən bu qəza da xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır
Gununsesi.info