Piyada keçidində dörd nəfəri vuran şəxsə6 il cəza 

Piyada keçidində dörd nəfəri vuran şəxsə

Bir müddət əvvəl Bakının Nizami rayonu, Qara Qarayev prospektində piyada keçidində dörd nəfər eyni vaxtda vurulmuş, onlardan biri xəstəxanada dünyasını dəyişmişdi. Həmin hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar başa çatıb.

Gununsesi.info xəbər verir ki, 3 nəfərin xəsarət alması, birinin dünyasını dəyişməsilə nəticələnmiş yol qəzası törətməkdə təqsirli bilinən İlkin Feyzullayev 6 il azadlıqdan məhrum edilib.

Hadisə ötən il aprelin 25-də saat 8 radələrində baş verib. Xaçmaz rayon sakini olan İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.

Gülər

Gununsesi.info

COMMENTS